Honq-Konqda dalğalar 3,5 milyon dollarlıq kokaini çimərliyə çıxardı

10-04-2024, 10:24           
Honq-Konqda dalğalar 3,5 milyon dollarlıq kokaini çimərliyə çıxardı
Honq-Konq polisi şəhərin iki çimərliyində çox sayda kokain bağlamaları tapıb.

İlk belə hadisə zamanı asayiş keşikçiləri çimərliyi mühasirəyə alıb və istehkamçılara zəng ediblər. Yoxlama briketlərin tərkibində kokain olduğunu göstərib. Tapılan narkotik maddənin dəyəri 19 milyon Honq-Konq dolları (təxminən 2,44 milyon ABŞ dolları) olaraq qiymətləndirilib.

İkinci analoji hadisə zamanı isə yoldan keçən şəxs sahildən 10 metr aralıda şübhəli yaşıl konteyner aşkar edib və polisə xəbər verib. Qutuda kokainə bənzər maddə olan səkkiz kiloqramlıq briketlər olub. Mütəxəssislər onların dəyərini 8 milyon Honq-Konq dolları (təxminən 1,02 milyon ABŞ dolları) qiymətləndiriblər.
Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.