Ucarda sürücüyə yazılan qəribə cərimə - VİDEO
10-04-2024, 12:24
Yüksək sürətlə hərəkət edən başqa sürücünün cəriməsi Ucar sakininə göndərilib. Sonradan cərimənin yol polisinə aid olduğu məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, Qəhrəman Məmmədov 18 il əvvəl aldığı VAZ-2106 markalı minik maşınını bu günə qədər etibarnamə ilə idarə edib.
Onun sözlərinə görə, bir il öncə qardaşına etibarnamə verib. Bundan sonra onun mobil telefonuna Bakı-Quba magisrtal yolunda sürət həddini aşdığına görə radara düşməsi ilə bağlı mesaj gəlib. Qəhrəman Məmmədov bundan sonra Ucar rayon polis şöbəsinin dövlət yol polis bölməsinə yaxınlaşıb. Araşdırma zamanı məlum olub ki, cərimə yol polisinə məxsusdur.
Q.Məmmədovun sözlərinə görə, başına gələnlər bununla bitməyib. Yenidən onun cərimələndiyi məlum olub. Amma bu dəfə araşdırma üçün müraciət etsə də, cəhdləri boşa çıxıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru Elvin Hacıyev bildirib ki, yol verilən qayda pozuntusu xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.
Ətraflı süjetdə: