“WhatsApp”da quraşdırılmış neyroşəbəkə fəaliyyətə başlayıb - FOTO

13-04-2024, 12:14           
“WhatsApp”da quraşdırılmış neyroşəbəkə fəaliyyətə başlayıb - FOTO
“WhatsApp” tərtibatçıları “Meta AI” çatbotunu mesencerin daxilindəki axtarış panelində sınaqdan keçirməyə başlayıblar.

Qeyd olunub ki, “Meta AI” çatbotu “Android” və “iOS” əməliyyat sistemlərində “WhatsApp”ın beta versiyalarının bəzi istifadəçiləri üçün əlçatandır. Neyroşəbəkə bəzi ingilisdilli ölkələrdə axtarış panelində aktivləşdirilib.

“Meta AI”ı açmaqla istifadəçilər çatbota verilə biləcək potensial suallara baxa bilərlər. Təklif olunan mövzular təsadüfi olaraq yaradılır. Bu suallar “WhatsApp” və istifadəçi ilə bağlıdır.

Hələlik “Meta AI” çatbotu yalnız bəzi beta-testerlər üçün əlçatandır. Süni intellektin bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi məlum deyil.

Mənbə: WABetaInfo













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru