Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

13-04-2024, 10:08           
Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər
Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər.

Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır.

“Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcıl təsvir texnologiyasına sahib ola bilərlər”, - Lox Ness Mərkəzinin marketinq meneceri Eymi Todd bildirib.

Qeyd olunub ki, NASA hələlik bununla bağlı sorğuya cavab verməyib.
Verilən məlumata görə, axtarışlar mayın 30-dan iyunun 2-dək aparılacaq.

2023-cü ildə Almaniya, İspaniya, ABŞ, Finlandiya və Fransa da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın insanın iştirak etdiyi 50 il ərzində ən böyük əjdaha axtarışı aparılıb. Həmin vaxt mütəxəssislər ilk dəfə bir neçə müasir geodeziya alətindən istifadə ediblər. Lakin Lox Ness əjdahasının axtarışları nəticə verməyib.

Mənbə: Daily Mail












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.