Azərbaycanda yeni milli park yaradılır - FOTOLAR

13-04-2024, 18:24           
Azərbaycanda yeni milli park yaradılır - FOTOLAR
Azərbaycanda Axar-Baxar Milli Parkının yaradılması istiqamətində iş aparılır. “Yaşıl Dünya Naminə Həmrəylik” ili çərçivəsində ölkəmizdə bir neçə Milli Parkın təşkili nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, belə Milli Parklardan biri də Qax rayonu ərazisində təşkil ediləcək.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, İlisu Təbiət Qoruğunun bazasında Axar-Baxar Milli Parkının yaradılması istiqamətində iş aparılır.

Ekoloq mütəxəssislər bildirirlər ki, bu ərazilər Qanıx çayın vadisi boyunca uzanır və böyük turizm potensialına malikdir. İlk növbədə boz dağlarla əhatə edilən Axar-Baxar ərazisi flora və fauna, eləcə də çoxsaylı heyvanat aləmi və quşlarla zəngindir.
Mütəxəssislər buranı həm də Türkiyənin turizm bölgələrindən biri olan Kapadokya ilə müqayisə edir və gələcəkdə hava şarlarının uçması üçün ən münbit bir ərazi hesab edirlər.

Yaxın vaxtlarda Milli Park status veriləcək Axar-Baxar ərazisindən göz oxşayan mənzərələri təqdim edirik.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.