“Müdafiəmizi yarmağa çalışırlar” – Sırskidən mühüm açıqlamlar
14-04-2024, 07:38
“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. Rusiya qoşunları hücumları intensivləşdirib və bu zaman ağır texnikadan istifadə edir”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Telegram” kanalında bildirib.
Sırski qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra rus qoşunlarının hücum hərəkətləri intensivləşib.
“Düşmən zirehli texnikanın dəstəyi və hücum qrupları ilə Liman və Baxmut istiqamətlərində mövqelərimizə aktiv şəkildə hücum edir. Pokrovski istiqamətində onlarla tank və piyada döyüş maşınlarından istifadə edərək müdafiəmizi yarmağa çalışırlar”, - Sırski bildirib.
Onun sözlərinə görə, havaların quraq keçməsi cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlverişli edib.
“Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikaların yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, - o vurğulayıb.
Sırski döyüş bölgəsinə gedərək şəraiti yerində qiymətləndirib. Müdafiənin ən problemli sahələrinin elektron müharibə və hava hücumundan müdafiə vasitələri ilə gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib.
Sırski qeyd edib ki, yüksək texnologiyalı silahlarda düşmən üzərində texniki üstünlüyə nail olmaq məsələsi yenidən gündəmə gəlib.
"İkinci ciddi problem hərbi personalın, ilk növbədə piyada birləşmələrinin təlim keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, onlar hərbi texnikanın və Qərb silahlarının bütün imkanlarından maksimum istifadə edə bilsinlər", - Sırskı vurğulayıb. Onun sğzlərinə görə, bu problemlərin həlli Quru Qoşunlarının komandanlığına həvalə edilib.