İsrail qırıcıları Livanın cənubundakı “Hizbullah” bazasını vurdu - VİDEO

14-04-2024, 11:44           
İsrail qırıcıları Livanın cənubundakı “Hizbullah” bazasını vurdu - VİDEO
İsrail qırıcıları Livanın cənubunda “Hizbullah” hərəkatının bəzi hərbi obyektlərinə zərbələr endirib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Cbaa şəhəri ərazisində “Radvan” təxribat bölməsi qüvvələrinin bir sıra hərbi hədəflərinə hücum edib”, - bəyanatda deyilir.

Bundan əvvəl “Hizbullah” Qolan təpələrində İsrail ordusunun üç bazasına onlarla “Katyuşa” raketinin atılmasına görə məsuliyyəti öz üzərinə götürüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru