Süni intellekt qida böhranının qarşısını ala bilər?

15-04-2024, 09:58           
Süni intellekt qida böhranının qarşısını ala bilər?
Bu təsərrüfatı sektorunda perspektivli həll yolu ola bilər.Bahçeşehir Universitetindən Dr. Müge Kesici, təcrübəsiz insanların belə süni intellekt sayəsində əkinçiliklə məşğul ola biləcəyini vurğulayaraq, xüsusilə kiçik torpaqlarda və ailə bizneslərində süni intellektin əhəmiyyətinə diqqət çəkib.Kənd təsərrüfatında istifadə edilən məlumatların işlənməsində süni intellektin böyük əhəmiyyət daşıdığını ifadə edən Kesici, toxum seçimindən iqlim məlumatlarına qədər bir çox faktorun süni intellektlə idarə oluna biləcəyini ifadə edib. O, süni intellektin kənd təsərrüfatında xərcləri azaldaraq istehsalı səmərəli edə biləcəyini bildirib.Dr. Kesici, süni intellektin kənd təsərrüfatına təsirlərinin beynəlxalq sammitdə müzakirə ediləcəyini və sektor ekspertlərini bir araya gətirəcəyini bildirib. Təhsil, səhiyyə və maliyyə, eləcə də kənd təsərrüfatı kimi müxtəlif sahələrdə süni intellektdən istifadə və gələcək proqnozların müzakirə ediləcəyi sammitdə bir çox mühüm şirkət və ekspert iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru