Bu dərmanlar ölkəyə buraxılmamalıdır – Həkim

15-04-2024, 17:45           
Bu dərmanlar ölkəyə buraxılmamalıdır – Həkim
Həkim-pediatr Vaqif Qarayev ölkədəki dərman qiymətləri və dərmanların keyfiyyətindən gileylənib. Həkim tez bir zamanda bu problemlə bağlı tədbir görülməli olduğunu bildirib.

Tribunainfo.az-ın xəbərinə görə, pediatr bildirib ki, ölkədə heç də hər kəsin Alman apteklərindən keyfiyyətli dərman almağa imkanı yoxdur:

“Alman aptekinə hamı gedə bilmir, hamı oradan dərman ala bilmir. Dərmanların keyfiyyəti və qiyməti ilə bağlı illərdir müzakirələr gedir. Hətta Milli Məclisdə bir sıra deputatlar bu barədə dəfələrlə məsələ qaldırıblar. Ancaq işıq görünmür.

Özümüz dərman istehsal etməliyik!
Ambulator yazılan dərmanlar İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir!
Dünyanın hər bucağında “istehsal” olunan dərmanlar ölkə sərhədindən içəri buraxılmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru