Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb

16-04-2024, 10:54           
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
Ukrayna “TikTok”da 83, o cümlədən tass_agency kanalını bloklayıb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, buna səbəb həmin kanalların Rusiya təbliğatını yaymasıdır.

“Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiya təbliğatının onlayn yayılmasına qarşı çıxmaq üçün “TikTok” sosial şəbəkəsinin administrasiyası ilə rəsmi əməkdaşlığa başlayıb”, - məlumatda bildirilib.

Mərkəz, həmçinin ukraynalılara müraciət edərək təxribat fəaliyyəti həyata keçirən “TikTok” kanalları haqqında məlumat göndərmələrini xahiş edib.

Qeyd edək ki, bloklanan kanallar siyahısına tass_agency ilə yanaşı, izvestia_ru, ntvru, ren_tv_news, ria_novosti, tvrussia1, simonyan.m, shaman.me, nbaskov, fkirkorov və başqaları daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru