“Telegram”da tezliklə 16 yeni funksiya olacaq

16-04-2024, 17:04           
“Telegram”da tezliklə 16 yeni funksiya olacaq
“Telegram”ın həmtəsisçisi və baş direktoru Pavel Durov mesencerdə tezliklə 16 yeni funksiyanın görünəcəyini açıqlayıb.

Onun sözlərinə görə, yeni funksiyaların əksəriyyəti artıq tətbiqə inteqrasiya olunub, lakin hələ ki istifadəçilər üçün əlçatan deyil.

Durov son yeniləmə ilə birbaşa mesencerdə əlçatan olan stikerlərin yaradılması funksiyasından da danışıb. İndiyə qədər stikerlər yalnız kənar proqramlarda yaradıla bilirdi.
“Telegram” rəhbəri hesab edir ki, 2015-ci ildən mövcud olan stiker platforması yalnız indi həqiqətən demokratikləşib.

Mənbə: smotrim.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru