Rusiyada bu saytlar bloklanıb

17-04-2024, 09:57           
Rusiyada bu saytlar bloklanıb
Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor)

Web Services və GoDaddy hostinq provayderlərinin vebsaytlarına girişi bloklayıb . 32gun.az bildirir ki,TASS bu barədə agentlikdəki mənbəyə istinadən məlunat verib.

Məlumata görə, xarici serverlərdə yerləşdirilən rus saytları risk altında ola bilər.

İnternetin Rusiya seqmentində fəaliyyət göstərən xarici qurumların siyahısının dərc olunduğu Roskomnadzor saytında göstərilən məlumatlara görə, bu provayderlərə qarşı “xarici qurumun informasiya resursuna girişi tamamilə məhdudlaşdırmaq” şəklində tədbirlər görülüb.

Agentliyin mənbəsinin əlavə etdiyi kimi, FastComet provayderi də müstəqil olaraq Rusiya sakinləri üçün öz resurslarına çıxışı məhdudlaşdırıb .

Aprelin 12-də Roskomnadzor Rusiya Federasiyasında “Polit.ru” internet nəşrini etibarsız sosial əhəmiyyətli məlumatlar yerləşdirdiyinə görə bloklayıb. Bir gün əvvəl Saratov "Svobodnıye Novosti" agentliyinin redaksiyası Rusiya Federasiyasında saytının bloklandığını elan efib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.