DİN-dən Qənimət Zahidin yaydığı fotolarla bağlı AÇIQLAMA

18-04-2024, 09:44           
DİN-dən Qənimət Zahidin yaydığı fotolarla bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və “Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır: “Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”. \\Qafqazinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.