“Boeing” zavodunda işləyən şəxsdən HƏYƏCAN TƏBİLİ: “Yüzlərlə insan ölə bilər”

19-04-2024, 16:44           
“Boeing” zavodunda işləyən şəxsdən HƏYƏCAN TƏBİLİ:
“Boeing”in mühəndisi Sem Salehpur ABŞ Konqresinə Amerika təyyarə nəhənginin təyyarəsinin yığılmasında yaranan problemlər səbəbindən fəlakət riski barədə xəbərdarlıq edib.

Qeyd olunur ki, mühəndis on ildən artıqdır “Boeing” zavodunda işləyib və “787 Dreamliner” füzelyajının əsas hissələri arasında boşluqlarda problem olduğunu müşahidə edib.

“Mən həqiqətən inanıram ki, “Boeing”də müşahidə etdiyim təhlükəsizlik məsələləri həll olunmasa, kommersiya təyyarələrində kritik qəza baş verə bilər və nəticədə yüzlərlə insan həlak ola bilər”, - Salehpur jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda bu təyyarələrin mindən çoxu bütün dünyada aviaşirkətlər tərəfindən istifadə olunur və səlahiyyətlilər onların uçuşlarını dərhal dayandırmalıdırlar. Bundan əlavə, Salehpur şirkətin digər geniş füzelyajlı təyyarəsi olan “Boeing 777”nin etibarlılığına şübhə ilə yanaşır.
Eyni zamanda şirkət hesab edir ki, Salehpurun “787” modelinin etibarsızlığı ilə bağlı açıqlamaları qeyri-dəqiqdir, çünki bu təyyarələrdə hərtərəfli keyfiyyət təminatı işləri aparılıb.

Mənbə: Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru