Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər

19-04-2024, 13:14           
Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər
“BlackBerry” mütəxəssisləri çinli hakerləri “iPhone” istifadəçilərinə genişmiqyaslı hücumda ittiham ediblər.

Bundan əlavə, ekspertlər hakerlərin Çin hakimiyyəti ilə əlaqəli olmasından narahatlıqlarını bildiriblər.

Xatırladaq ki, aprelin əvvəlində “Apple” şirkəti istifadəçilərə çinli hakerlərin “LightSpy” adlı mürəkkəb “iOS” implantından istifadə etməklə kiberhücumlar həyata keçirdikləri barədə xəbərdarlıq etmişdi.
Qeyd olunur ki, ilk belə hücum 2020-ci il böhranı zamanı Honkonqda həyata keçirilib. “LightSpy” proqramından istifadə edərək, hakerlər zərərçəkənin telefonu ilə uzaqdan əlaqə saxlayıb və cihaza giriş əldə edərək istifadəçinin şəxsi sənədləri və yazışmalarını ələ keçiriblər. Bundan əlavə, “LightSpy” mikrofondan səs yazmağa, zəngləri təhlil etməyə və geolokasiya məlumatlarını ötürməyə imkan verir.

Mənbə: AppleInsider












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru