“Cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib” facebook

20-04-2024, 09:11           
“Cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib” facebook
Cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib.
Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin kollegiya iclasında deyib.
Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.
Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu nəzərə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru