Zelenski ön cəbhəyə baş çəkdi

20-04-2024, 08:54           
Zelenski ön cəbhəyə baş çəkdi
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qüvvələri tərəfindən mühasirəyə alınan şərqdəki Çasiv Yar şəhərini müdafiə edən Ukrayna hərbi komandanlıq mərkəzinə baş çəkib.

"Cebhe.info" xəbər verir ki, Zelenski Donetsk Regional Hərbi Administrasiyasının sədri Vadim Filaşkinlə görüşüb və bölgədəki son vəziyyətlə bağlı məlumat alıb.

Ukrayna Prezidenti Zelenski Donetsk vilayətində təhlükəsizlik vəziyyəti və əhalinin müdafiəsi ilə bağlı müşavirə keçirdiyini bildirib.

Ukrayna lideri 41-ci Mexanikləşdirilmiş Briqadanın əsgərləri qarşısında çıxış edib və onlara mükafatlar təqdim edib.

Səfərin məqsədi Rusiya ilə 25 aydır davam edən və heç bir azalma əlaməti olmayan genişmiqyaslı müharibə qarşısında Ukrayna hərbçilərininin ruh yüksəkliyini artırmaq kimi qiymətləndirilir.

Zelenski "X" sosial şəbəkəsində verdiyi açıqlamasında bildirib ki, o, tibbi dəstəyə də baş çəkib və istehkamların tikintisini yoxlayıb.

Rəsmilər Rusiyanın bu yaz və ya yayda böyük hücuma hazırlaşa biləcəyi ilə bağlı xəbərdarlıq etdiyi üçün Kiyev müdafiə xətləri qurmaq səylərini artırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.