Nazir oğlunun “Avropa Azərbaycan Məktəbi”ndən maddi ziyan tələb edilir

20-04-2024, 12:44           
Nazir oğlunun “Avropa Azərbaycan Məktəbi”ndən maddi ziyan tələb edilir
“Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, təhsil müəssisəsi barəsinə məhkəməyə Mərdəliyeva Leyla Vilayət qızı şikayət edib.
Leyla Mərdəliyeva məhkəmədə “Avropa Azərbaycan Məktəbi”nin rəhbərliyi barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi, Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Mənəvi zərərin ödənilməsi” iddiasını qaldırıb.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatındadır.
Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun qurucusu olduğu “Avropa Azərbaycan Məktəbi”nin qanuni təmsilçisi Françesko Bançınıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru