“Tesla”nın bütün “Cybertruck”ları xarab çıxdı

20-04-2024, 10:01           
“Tesla”nın bütün “Cybertruck”ları xarab çıxdı
ABŞ-nin “Tesla” şirkəti 3878 ədəd “Cybertruck” elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır.

Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir.

Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər.

Bununla belə, NHTSA bildirir ki, pedal ilişib qalsa, pikap maşınının əyləcləri hələ də işləyəcək.
Geri çağırılma 13 noyabr 2023-cü il və 4 aprel 2024-cü il tarixləri arasında istehsal edilmiş bütün 2024 model ilinə məxsus “Cybertrucks”lara aiddir ki, bu da indiyədək satılmış nüsxələrin hamısı deməkdir.

Mənbə: vedemosti.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru