Namibiya hakimiyyəti ölkənin şimalındakı Şərqi Kavanqo bölgəsində dörd məktəbi müvəqqəti bağlamalı olub.
Məlumata görə, təhsil müəssisələrinin yaxınlığında bir neçə şir ailəsi su içmək üçün Okavanqo çayına gəlib.
Yırtıcıların yolu yerli məktəblilərin məktəbə getdikləri marşrutlardan keçir. Eyni zamanda müəllimlərin özləri də mütəmadi olaraq təhsil müəssisələrinə bu yolla gəlirlər. Odur ki, müəllimlər şirlər ərazidən çıxıb gedənədək uşaqların evdə qalmasına icazə veriblər.