Zelenski əsirlikdən qaytarılanların sayını açıqladı

7-07-2024, 00:06           
Zelenski əsirlikdən qaytarılanların sayını açıqladı
Ukrayna əllidən çox əsir mübadiləsi aparmağa nail olub, 3310 ukraynalı əsirlikdən qayıdıb.

Bu barədə Ukrayna Prezident Volodimir Zelenskinin “Telegram” kanalında yazıb.

“Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada – öz evində, qohumlarının yanındadır”, – paylaşımda qeyd olunub.

Ukrayna Prezidenti bildirib ki, bu istiqamətdə işlər davam etdirilir: “Biz hər bir vətəndaşımızı – bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru