"Microsoft" bəzi işçilərinə "Android" smartfonlarından istifadəni qadağan etdi
9-07-2024, 18:34
"Microsoft" Çindəki işçilərinə bildirib ki, sentyabr ayından etibarən onlar "iPhone"dan yalnız iş yerində, iş kompüterlərinə və ya telefonlara daxil olarkən şəxsiyyətlərini yoxlamaq üçün istifadə edə biləcəklər.
"Microsoft Secure Future Initiative" bir hissəsi olan bu tədbir Çində yüzlərlə əməkdaşa təsir edəcək və bütün işçilərin "Microsoft Authenticator" parol meneceri və "Identity Pass" proqramından istifadə etməsini təmin etmək üçün nəzərdə tutulub.
"Apple"ın "iOS" mağazasından fərqli olaraq, "Google Play" Çində mövcud deyil, buna görə də "Huawei" və "Xiaomi" kimi yerli smartfon istehsalçıları öz platformalarından istifadə edirlər. "Microsoft" bu cihazlardan öz korporativ resurslarına girişi bloklamaq qərarına gəlib, çünki onların ölkədə "Google" mobil xidmətləri yoxdur.
Qeyd edək ki, "Huawei" və ya "Xiaomi" cihazları da daxil olmaqla "Android" telefonlarından istifadə edən bütün işçilərə birdəfəlik "iPhone 15" veriləcək.