Qalaktikamızda 8200 Günəş böyüklüyündə qara dəlik aşkarlandı
11-07-2024, 12:28
Beynəlxalq astronomlar qrupu Sentavr bürcündəki ulduz çoxluğunda kütləsi Günəşdən 8200 dəfə böyük olan nəhəng qara dəliyin olduğunu sübut edib.
Məlumata görə, Süd Yolunun mərkəzindəki superkütləli qara dəlik 27 min işıq ili uzaqdadır.
Alimlər bu kəşfi Sentavr bürcündə yerləşən Omeqa klasterindəki ulduzların müşahidəsi zamanı ediblər. Bu qara dəlik Süd Yolu daxilindəki ən böyük obyektdir.