Milad Cəlili həbsxanadan elektron qandalla çıxıb
12-07-2024, 16:54
Milad Cəlili bu gün, iyulun 21-də Təbriz Mərkəzi Həbsxanasından buraxılıb.
Araz News Telegram kanalının məlumatına görə, Təbriz Mərkəzi Həbsxanasında saxlanılan siyasi məhbus Milad Cəlili (Elşən) elektron qandal və 100 milyon tümənlik girovla şərti olaraq həbsdən azad edilib.
O, ötən il noyabrın 28-də İran Kəşfiyyat Nazirliyi qüvvələri tərəfindən həbs edilən türk fəallara dəstək məqsədilə rep mahnısı ifa etdiyi üçün həbs edilmiş və iki ay müddətinə nəzarətdə saxlandıqdan sonra zaminə buraxılmışdı.
Daha sonra bu ilin fevral ayında Təbriz İnqilab Məhkəməsi tərəfindən "sistem əleyhinə təbliğat aparmaq" ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilmişdi.
May ayında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi “pantürk məhkumlara dəstək olara rep musiqisi ifa etmək və sistemə qarşi təbliğat fəsliyyəti gsötərmək” ittihamı ilə verilən 8 aylıq həbs cəzasını qüvvədə saxladı.
Reper Milad Cəlili həbs cəzasını çəkmək üçün ötən ay Təbriz Mərkəzi Həbsxanasına köçürüldü və həbsdə olduğu müddətdə Evin həbsxanasında saxlanılan milli fəallara dəstək məqsədilə aclıq aksiyası keçirmişdi.