Ukraynaya silah göndərən şirkətin rəhbərinə qarşı sui-qəsd cəhdi olub
12-07-2024, 10:19
2024-cü ilin əvvəlində ABŞ və Almaniya kəşfiyyat xidmətləri "Rheinmetall" şirkətinin baş direktoru Armin Pappergerə qarşı sui-qəsdin qarşısını alıb.
Oxu.Az kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə anonim beş mənbədən məlumatlar alınıb.
Onların sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları əvvəlcə sui-qəsdin hazırlanmasından xəbər tutub, bundan sonra bu məlumat Berlinə ötürüb və qətlin qarşısını almağa kömək edib.
İşin arxasında Rusiyanın ola biləcəyi ehtimal edilir, lakin buna dair sübut yoxdur.
Qeyd edək ki, "Rheinmetall" baş ofisi Düsseldorfda (Almaniya) yerləşən Avropanın ən böyük silah istehsalçısıdır. Konsern, digər məsələlərlə yanaşı, Ukrayna ordusu üçün silah istehsalı üzrə müqavilələr əsasında işləyir. Şirkət özü sui-qəsd barədə məlumatları şərh etməyib.