Yura dövründə yaşamış dinozavrın qalıqları rekord qiymətə satıldı

19-07-2024, 16:54           
Yura dövründə yaşamış dinozavrın qalıqları rekord qiymətə satıldı
Yura dövrünün sonunda yaşamış steqozavrın qalıqları hərracda 44,6 milyon dollara (təxminən 75,8 milyon manat) satılıb.

Oxu.Az xəbər verir ki, "Sotheby's" hərrac evinin nümayəndələri bildiriblər ki, bu qiymət indiyə qədər satılan dinozavr qalıqları üçün rekord qiymət olub.

Eksponat "APEX" adlandırılıb. Qalıqların steqozavrın indiyə qədər tapılan ən yaxşı nümunəsi olduğu ortaya çıxıb. Satıcı kommersiya paleontoloqu olub və 6 metr enində, üç metrdən çox hündürlüyündə qalığı 2022-ci ilin mayında şəxsi torpaq sahəsində tapıb. Bu, 1880-ci illərdən bəri oxşar tapıntıların aşkar edildiyi Koloradoda baş verib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru