Dağıstanın keçmiş naziri təcridxanada intihara cəhd edib

22-07-2024, 15:34           
Dağıstanın keçmiş naziri təcridxanada intihara cəhd edib
Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedov “Matrosskaya Tişina” istintaq təcridxanasında intihara cəhd edib. O, çoxsaylı yaralarla Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna aparılıb.

Azpost.info bildirir ki, bu barədə “Kommersant”, “İzvestiya” və “Moskovski Komsomolets” yazıb.

Maqomedov ötən ilin oktyabrında çoxmilyonlu büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə həbs edilib.Məlumata görə, Maqomedov intihara cəhd edib. MK yazır ki, o, şənbə günü, iyulun 20-nə keçən gecə “intihara cəhdə xas xəsarətlərlə” öz kamerasında tapılıb. “İzvestiya” xəbər verir ki, söhbət bilək nahiyəsində olan yaralardan gedir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru