Ən zəif nəticə bu rayonda qeydə alındı - Məktəblilərin göstəriciləri

2-08-2024, 17:04           
Ən zəif nəticə bu rayonda qeydə alındı - Məktəblilərin göstəriciləri
Azərbaycanın PIRLS 2021 nəticələrinə əsasən bölgələr üzrə iştirak etmiş məktəblərin nəticələrinə əsasən ən yaxşı nəticə Sumqayıtda olub.
Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil İnsitutu məlumat yayıb.
Belə ki, Azərbaycanın PIRLS 2021 nəticələrinə əsasən bölgələr üzrə iştirak etmiş məktəblərin nəticələrinə əsasən ən yaxşı nəticə Sumqayıtda (495 bal) olub. Ən zəif nəticə isə Neftçalada (328 bal) qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru