Doğulanda ona Qay Oktaviy Furin adı verilmişdi. İmperator olunca adını dəyişdirərək Avqust oldu. Yeni adı "əziz tutulmuş", "möhtərəm" anlamına gəlirdi. 7-ci ay Yuliy Sezarın şərəfinə "İyul" adlandırılmışdı. Ögey atası Yuliy Sezardan geri qalmaq istəmədi - doğulduğu 8-ci aya "Avqust" adı verildi. Bununla da kifayətlənmədi, iyul kimi avqustun da 31 gün olmasını istədi. Bir çox Roma İmperatoru aylara adlarının verilməsini istəsələr də bu şərəfə ancaq iki nəfər- Sezar və Oktaviy layiq görülmüşlər… Qay Oktaviy (Oktavian) Avqust (e.ə. 63 - b.e. 14) böyük dövlət xadimi idi - Roma İmperyasının əsasını qoymuş, 1-ci Roma İmperatoru olmuş, dəfələrlə Konsul və Böyük Pontifik seçilmişdi. Джавид Дамирли TEREF