Həbsdəki fiziki məhduiyyəti olan ictimai fəalın bədənində çoxsaylı yaraların əmələ gəldiyi bildirilir
3-08-2024, 11:34
1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, 1-ci qrup əlil Famil Xəlilovun bədənində çoxsaylı yaralar əmələ gəlib. Famil Xəlilov iflic olduğundan hərəkət məhdudiyyəti var və ona baxan sosial işçi təyin edilməyib. Kamera yoldaşları da artıq ona kömək etməkdən imtina edib.
Bu barədə Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onunla görüşündən sonra avqustun 2-də Amerikanın Səsinə deyib.
“Famil dedi ki, kamerada söz-söhbət olub, kamera yoldaşları onu başqa kameraya köçürülməsini istəyiblər. Familə kömək edən kamera yoldaşı da deyib ki, yorulub, daha ona baxa bilmir. Təbii ki, onu qınamaq olmaz. Üç aydır o, Familə baxır. Allah köməyi olsun”, o qeyd edib.
Kiçikxanım Xəlilova həya yoldaşına baxmaq üçün sosial işçi təyin edilmədiyini bildirib.
“Famil oturub-dura bilmir. Onun bədəni antisanitariyadan yara töküb. Bütün bədəni yaradır. Antisanitariyadan yaraları iy verir. Yaraları təmizlənmir, qurudulması üçün maz və pudra vurmurlar”, o qeyd edib.
Kiçikxanın Xəlilova məhkəmənin Famil Xəlilov barədə həbs qətimkan tədbirinin ev durstaqlığı tədbiri ilə əvəz edilməməsi barədə qərarına etiraz edib.
“Familə məhkəmənin qərarını iyulun 31-də təqdim ediblər. Qərarda ev dustaqlığına buraxılmamasının səbəbi kimi yazıblar ki, Familə təcridxanada hər cür yardım göstərilir, ona sosial işçi təyin edilib. Amma bu, yalandır. Onu mən özüm həftədə bir neçə dəfə gedib yuyundururam. Üç körpə övladımız var. Bizim yaşadığımız ərazidən təcridxanaya gedib-gəlmək üçün azı 30-35 manat yol pulu lazımdır. Körpə uşaqları evdə qoyub, həftədə bir neçə dəfə təcridxanaya getməyə vəsaitim də yoxdur”, Xəlilova bildirib.
Onun dediyinə görə, Famil Xəlilov təcridxananın sanitar-tibb hissəsinə yerləşdirilsə də, həkim nəzarəti yoxdur, müalicə və müayinə edilmir, yaralarına baxılmır.
Penitensiar xidmət Famil Xəlilovun həyat yoldaşının dedikləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
İyulun 26-da Famil Xəliova qarşı qaldırlan cinayət ili üzrə ibtidai istintaq başa çatıb. Hazırda müdafiə tərəfi və Xəlilov cinayət işi ilə tanış olur.
Vəkil Fəxrəddin Mehdiyev Famil Xəlilov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətinin təmin edilməməsindən təəssüflənir.
“Famil Xəlilov iflicdir. Təcridxana şəraitində saxlanılması onun üçün çox çətindir. Qolları iflic olduğundan özü sərbəst qida, su qəbul edə bilmir, yuyuna bilmir. Sanitar qovşaq şəraitində saxlanılır. Ona yalnız kamera yoldaşları kömək edir. Hərəkət edərkən əllərini müvazinətini saxlaya bilmədiyindən parça ilə bağlayırlar”, vəkil qeyd edib.
Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.