Malidə həlak olan "Vaqner" döyüşçülərinin sayı açıqlanıb

3-08-2024, 18:34           
Malidə həlak olan "Vaqner" döyüşçülərinin sayı açıqlanıb
İyulun sonunda Malinin şimalında gedən döyüşlər zamanı "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) 84 əsgəri və 47 hökumət əsgəri həlak olub.

Bu barədə "Sülh, Təhlükəsizlik və İnkişaf üçün Daimi Strateji Çərçivə" (CSP-PSD) üsyançı hərəkatının bəyanatında bildirilib.

CSP nümayəndəsi Məhəmməd Əl-Mövlud Ramadan 30-dan çox düşmən əsgərinin yaralandığını, yeddisinin əsir götürüldüyünü, tanklar, silahlar və maşınlar da daxil olmaqla hərbi texnikanın ələ keçirildiyini və ya məhv edildiyini bildirib. Mali ordusu agentliyə şərh verməkdən imtina edib.

Xatırladaq ki, silahlıların hökumət qoşunlarına hücumu barədə iyulun 26-da məlum olub.
Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru