Haniyənin otağına iranlı məmurlar bomba yerləşdirib? – Şok iddia

3-08-2024, 18:48           
Haniyənin otağına iranlı məmurlar bomba yerləşdirib? – Şok iddia
MOSSAD HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürmək üçün iranlı məmurlardan istifadə edib.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Teleqraf” nəşri çıxış edib.

“MOSSAD İsmayıl Haniyənin adətən qaldığı mehmanxananın üç otağına bomba yerləşdirmək üçün iki iranlı məmurdan istifadə edib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Haniyənin öldürülməsinə görə SEPAH-ın təhlükəsizlik bölməsi 20-dən çox şəxsi həbs edib.

Onların arasında yüksək rütbəli zabitlər və Haniyənin qaldığı mehmanxananın əməkdaşları da var.

Xatırladaq ki, Haniyə 30 iyulda İranın yeni Prezidenti Pezeşkianın andiçmə mərasimində iştirak edib, gecə isə Tehranda yerləşdiyi binanın raketlə vurulması nəticəsində ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru