Pavel Durovun daha 3 övladı olduğu ortaya çıxdı

4-08-2024, 00:11           
Pavel Durovun daha 3 övladı olduğu ortaya çıxdı
43 yaşlı İrina Bolqar 39 yaşlı teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovun daha 3 övladı olduğunu açıqlayıb.

TEREF axşam.az-a istinadən bildirir ki, o, “Forbes”ə müraicət edərək milyarderlər reytinqində Durovun uşaqlarının sayını 2 yox, 5 olaraq göstəirlməsini tələb edib. İrina uşaqlarının doğum şəhadətnamələrini göstərərək Pavelin onların atası olduğunu təsdiqləyib.

Bundan başqa, İrina oğlunun ad günündən olan fotonu yayımlayıb. Şəkildə Pavel özü də yer alıb.

İsveçrədə yaşayan İrina nəşrə bildirib ki, Durovla 2012-ci ilin yayında tanış olub. Altı aydan sonra onlar birlikdə yaşamağa başlaıblar və 2013-cü ilin dekabrında ilk övladları, qızı Lea dünyaya gəlib. 2016-cı ilin yanvarında Sankt-Peterburqda onların ilk oğulları Daniel, 2017-ci ilin sentyabrında isə ikinci oğulları David dünyaya gəlib.

Qeyd edək ki, Durovun keçmiş həyat yoldaşı Daria Bondarenkodan iki övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru