İsrail Baş Qərargahı növbəti hədəfləri açıqladı

29-09-2024, 10:29           
İsrail Baş Qərargahı növbəti hədəfləri açıqladı
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi "Hizbullah"a qarşı gələcək əməliyyatların planlarını təsdiqlədiyini bildirib.

Oxu.Az xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı videomüraciətdə Halevi, "Mən indicə vəziyyətin qiymətləndirilməsini tamamladım və Şimal Komandanlığı üçün planları təsdiqlədim. Qarşıda bizi çətin günlər gözləyir", - deyib.

Baş Qərargah rəisi əlavə edib ki, SAXAL bütün cəbhələrdə həm müdafiə, həm də hücum baxımından ən yüksək hazırlıq vəziyyətindədir və mübarizəni davam etdirməyə hazırdır. Onun sözlərinə görə, İsrail ordusu bundan sonra baş verəcəklərə hazırdır.

"Terror təşkilatı "Hizbullah"ın məhvinə davam etməkdə qərarlıyıq. Hələ bütün cəbhələrdə qarşıda bir çox missiyamız var. Qarşıda duran vəzifələr arasında terror təşkilatlarının və onların potensialının məhv edilməsi, Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılmasını, həmçinin İsrailin şimal və cənubunun sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtması var", - deyə Baş Qərargah rəisi növbəti hədəfləri sadalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru