Məşhur hind şirkəti “Tata Group”un sahibi olan milyarder 86 yaşında vəfat edib

10-10-2024, 17:54           
Məşhur hind şirkəti “Tata Group”un sahibi olan milyarder 86 yaşında vəfat edib
Dünyanın ən böyük şirkətlərindən olan Hindistanın “Tata Group”un keçmiş sədri Ratan Tata 86 yaşında vəfat edib.

Azpost.info bildirir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Ratan Tata Mumbay xəstəxanasının intensiv terapiya şöbəsində yatırdı. Bu barədə Röyer-ə mənbələri məlumat verib.

Hindistanın Baş naziri Narendra Modi X şəbəkəsində bununla bağlı başsağlığı verib.
86 yaşlı Ratan “Tata Sons” şirkətini 20 ildən çox idarə edib. O, şirkətin genişləndirilməsi və şaxələndirilməsi ilə tanınıb. Tata bazar ertəsi yaşı və əlaqəli tibbi vəziyyətlərə görə müntəzəm tibbi müayinələrdən keçdiyini söyləmişdi.

Dünyanın ən böyük şirkətlərindən olan “Tata”nın 2023-24-cü illərdə 165 milyard dollar gəliri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru