Əfsanəvi onlayn kitabxananın yaradıcısı intihar etdi

23-10-2024, 17:34           
Əfsanəvi onlayn kitabxananın yaradıcısı intihar etdi
"Flibusta" onlayn kitabxanasının "Stiver" təxəllüsü ilə tanınan yaradıcısı vəfat edib.

Gazeta.ru xəbər verir ki, bu barədə kitabxananın saytında məlumat verilib.

Xidmətin yaradıcısı intihar məktubu yazaraq Almaniyada evtanaziya etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, avqustun sonunda Stiverə geniş yayılmış beyin şişi diaqnozu qoyulduğu açıqlanmışdı.

"Görünür, "Flibusta" bununla başa çatdı, elə mən də" , - o qeyd edib və onlayn kitabxananın fəaliyyətini dayandırdığını elan edib.
Stiver ləqəbi altında kimin gizləndiyi məlum deyil. Onun şəxsiyyəti 2016-cı ildə bəzi kitabların hüquq sahibləri tərəfindən müəyyən edilib. Lakin əleyhdarları Stiver haqqında məlumatları ictimaiyyətə açıqlamayıblar və yalnız onun Almaniyada yaşadığını bildiriblər.

Xatırladaq ki, "Flibusta" 2009-cu ildə istifadəyə verilib. Onun istifadəçiləri müxtəlif formatlarda kitab oxuya və yükləyə bilərlər. Portal həm də fəal oxucu auditoriyası ilə tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru