Yunanıstanda keşişlər gecə klubunda çirkli pulların yuyulması qalmaqalında iştirak ediblər
26-10-2024, 09:34

Yunanıstandakı katolik kilsəsinin iki baş keşişinin Peloponnes bölgəsində fəaliyyət göstərən gecə klublarının işçiləri ilə çirkli pulların yuyulması və mənimsəmə cinayətlərində əli olduğu üzə çıxıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Yunanıstanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Agentliyinin rəhbəri və Ali Apellyasiya Məhkəməsinin baş prokurorunun keçmiş müavini Haralambos Vurliotis gecə klubu sahiblərinin bank hesablarının və aktivlərinin dondurulması barədə göstəriş verib.
Qurum əldə olan dəlilləri Yunanıstandakı Katolik Kilsəsinin prokurorluğuna göndərilib və keşişlərin mənimsəmə və gecə klubunun işçiləri çirkli pulların yuyulması cinayətlərində iştirak edə biləcəyi qiymətləndirilib.
Gecə klubu sahiblərindən birinin əvvəllər də ağır cinayətlərdə əli olduğu öyrənilib. Yunanıstanda başladılan bu araşdırma çərçivəsində Katolik Kilsəsinə aid fondlardan təxminən 3 milyon avronun çıxarılaraq gecə klublarına köçürüldüyü müəyyən edilib.
Qeyri-qanuni əməliyyatların səkkiz il əvvəl başladığı bildirilərkən, son 50 min avroluq şübhəli əməliyyatın bir neçə gün əvvəl baş verdiyi bildirilir.
Digər tərəfdən, Vatikana da hadisələrlə bağlı məlumat çatdırılıb və prosesin gedişi ilə bağlı məlumat verilib.
Qadir, Bizimyol.info