İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."

26-10-2024, 08:25           
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru