Çin şirkəti 2027-ci ildə kosmik səyahət üçün ilk biletləri satıb

26-10-2024, 17:24           
Çin şirkəti 2027-ci ildə kosmik səyahət üçün ilk biletləri satıb
Çinin "Deep Blue Aerospace" kosmik şirkəti 2027-ci ildə planlaşdırılan kosmik səyahət üçün ilk iki bileti satıb.

Oxu.Az bu barədə Honkonqun "South China Morning Post" (SCMP) nəşrinə istinadən xəbər verir.

"İlk sərnişinlər təxminən 12 dəqiqə davam edəcək səyahətə çıxacaqlar", - nəşrdə qeyd olunur.

SCMP-nin məlumatına görə, bu qısa səyahət zamanı turistlər Yerə qayıtmazdan əvvəl açıq kosmosda təxminən beş dəqiqə çəkisizlik şəraitində qalacaqlar.

Biletlərin qiyməti təxminən 1.5 milyon yuan və ya hər biri 210 min dollar təşkil edib. Hərrac Çinin "Taobao" onlayn mağazasında canlı yayım zamanı keçirilib və biletlər dörd dəqiqə ərzində satılıb.

"Deep Blue Aerospace" daha sonra noyabr ayında bir neçə bilet satmağı planlaşdırdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru