İranda terror aktı nəticəsində 10 polis həlak oldu

27-10-2024, 00:18           
İranda terror aktı nəticəsində 10 polis həlak oldu
İranın Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsinin Gövhər Kuh rayonunda terror aktı nəticəsində ən azı 10 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın daxili işlər naziri Eskəndər Momeni insidentin miqyasını araşdırmaq üçün xüsusi heyətin yaradılması barədə göstəriş verib.
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, sayı açıqlanmayan yaralılar xəstəxanalara aparılıb.
Sistan və Bəlucistan əyalətinin polis idarəsinin bəyanatında deyilir ki, hələlik heç bir terror qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru