Rekorddan sonra kəskin azalma - Aİ Rusiyadan nə qədər gübrə alıb?
27-10-2024, 10:14
Avqust ayında Avropa İttifaqı Rusiya gübrələrinin alışını əvvəlki ayla müqayisədə 13% azaldaraq, 173 milyon avroya endirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" "Eurostat" məlumatlarına istinadən yazıb.
Bu arada altı Aİ ölkəsi yayın sonunda Rusiyadan gübrə tədarükünü artırıb. İtaliya ən aktiv olub - idxal 22 dəfə artaraq 7 milyon avroya çatıb. Avqustun sonunda Polşa pul ifadəsində ümumi tədarük həcminin 31% payı ilə Rusiya gübrələrinin avropalı alıcıları arasında lider olub. İkinci yeri 15%-lə Rumıniya tutub. İlk üçlüyü 9% payla İspaniya tamamlayır. Sonrakı yerləri Sloveniya (8%), Almaniya (7%) və Bolqarıstan (6%) tutur.
İyulda Aİ Rusiyadan 20 ayda rekord miqdarda gübrə idxal edib. Çatdırılmalar 2022-ci ilin noyabrından bu yana ən yüksək səviyyəyə çatıb, 199 milyon avro aylıq ifadədə bu rəqəm 2,2 dəfə, illik ifadədə isə 1,7 dəfə artıb.