Sarımsaq yağı qulaq ağrısına faydalıdırmı?

27-10-2024, 11:24           
Sarımsaq yağı qulaq ağrısına faydalıdırmı?
Sarımsaq yağı qulaq ağrısına faydalıdırmı?25 Oktyabr, 10:43
Qulağa sarımsaq yağı tökmək xalq təbabətində qulaq ağrısını və iltihabını aradan qaldırmaq üçün geniş istifadə edilən bir üsuldur. Sarımsaq təbii antibakterial və antiviral xüsusiyyətlərə malikdir, bu da infeksiyalara qarşı mübarizə aparmağa kömək edir. Foodinfo.az xəbər verir ki, sarımsaq yağı iltihab əleyhinə təsir göstərərək qulaqda yaranan ağrını və narahatlığı yüngülləşdirə bilər.Sarımsaq yağı necə hazırlanır?Sarımsaq yağını ev şəraitində hazırlamaq üçün aşağıdakı addımları izləmək olar:
1. Bir neçə diş sarımsağı əzin.
2. Sarımsağı zeytun yağı ilə qarışdırıb bir müddət isidin (qaynatmayın).
3. Yağı soyudun və süzün.Yağ tam soyuduqdan sonra bir neçə damcı yağı qulağa damcılada bilərsiniz. Bu, infeksiyalara qarşı mübarizə aparmağa və qulaq ağrısını azaltmağa kömək edə bilər. Lakin sarımsaq yağını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir, çünki bəzi qulaq problemlərində bu üsul təhlükəli ola bilər, xüsusən qulaq pərdəsi zədələnibsə.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru