Fransa sakini Trampın seçilməsinə 28,6 milyon dollarlıq mərc edib

28-10-2024, 18:08           
Fransa sakini Trampın seçilməsinə 28,6 milyon dollarlıq mərc edib
Fransa sakini ABŞ-dəki prezident seçkisində Donald Trampın seçilməsi üçün 28,6 milyon dollarlıq mərc edib.

Haber Globaxəbər verir ki, o, pulunu Polymarket.com platformasında "Fredi9999", "Theo4", "PrincessCaro" və "Michie" adlı dörd fərqli hesaba yatırıb.

Noyabrın 5-də keçirilən səsvermənin nəticəsi Trampın xeyrinə olarsa, bu anonim investor 14,4 milyon dollar mənfəət əldə edə bilər.

Əksinə, Kamala Harris seçilərsə, bütün depozitini itirəcək.

Müxtəlif mərc şirkətlərinin əmsallarını tərtib edən "RealClearPolitics"in məlumatına görə, Respublikaçı namizəd 60,7 faizlə mərc edənlərin sevimlisidir.

Ümumilikdə, ABŞ-də keçiriləcək prezident seçkisinin qalibini müəyyən etmək üçün 2,4 milyard dollar mərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru