Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır? – VİDEO

28-10-2024, 10:10           
Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır? – VİDEO
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq yaşanır. Buna görə qiymətləri endirdiyini deyən satıcılar da var.

Tribunainfo.az bildirir ki, hava şəraitinin dəyişməsi avtombil bazarına da təsir edib.

Satıcılar deyirlər ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə bazarda alıcı qıtlığı olur.

Onların sözlərinə görə, hazırda bazarda ən çox tələb Koreya istehsalı olan avtomobillərədir.

Satıcılar son günlər dizel maşınlarının kütləvi satışa çıxarılması ilə bağlı da suallarımızı cavablandırdılar. Bildirdilər ki, deyilənlər həqiqətəuyğun deyil.

O da bildirildi ki, bütövlükdə Çin avtomobillərinin bazara girməsi, digər ölkə istehsalı olan maşınların satışına təsirsiz ötüşməyib.

TEREF xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru