Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı AŞKARLANDI

31-10-2024, 09:14           
Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı AŞKARLANDI
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin “Clade 1b” adlı ştamının aşkarlandığını bildirib.

"Unikal" xəbər verir ki, xəstə “Royal Free Hospital”ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştamın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.

Meymunçiçəyinin “Clade 1b” ştamı Böyük Britaniyada ilk dəfə aşkarlanıb. Almaniya bu ayın əvvəlində “Clade 1b” virusuna ilk yoluxmanın baş verdiyini bildirmişdi.

Qeyd edək ki, bu vaxtadək Afrikada “Clade 1b” ştamından azı min nəfər ölüb.

“Clade 1b” ştamı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru