COP29-a qatılan əcnəbilərdən yayıla biləcək virus əleyhinə peyvəndlər gətirilib

31-10-2024, 10:54           
COP29-a qatılan əcnəbilərdən yayıla biləcək virus əleyhinə peyvəndlər gətirilib
COP29-da iştirakla bağlı xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən Azərbaycana qrip əleyhinə peyvəndlər gətirilib

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, COP29 tədbirləri zamanı qonaqlarda xəstəlik aşkarlanarsa, onlar profilaktik tədbir məqsədi ilə yoxlanışa alınacaq:

“Həmçinin xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən qrip əleyhinə peyvəndlər gətirilib. Məqsəd xidmət göstərəcək vətəndaşlarımızı həm qonaqlardan yoluxa biləcək xəstəliklərdən, həm də mövsumi qriplərdən qorumaqdır. Əsas diqqət edəcəyimiz xəstəliklər meymunçiçəyi və COVİD virusudur. Görülən tədbirlər çərçivəsində bu viruslara yoluxma hallarını xüsusi diqqətdə saxlayacayıq”.

N.Zeynalov əlavə edib ki, COP29 çərçivəsində səhiyyə və qeyri-səhiyyə olaraq ümumi 9 xəstəxana ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru