Birinci Qarabağ müharibəsində itkin düşən şəhidi axtararkən ailə üzvləri minaya düşübmüş - DETALLAR

31-10-2024, 09:36           
Birinci Qarabağ müharibəsində itkin düşən şəhidi axtararkən ailə üzvləri minaya düşübmüş - DETALLAR
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn ediləcək.

"Qafqazinfo"nun məlumatına görə, onlardan biri də Şahid Sabir oğlu Məmmədovdur.

1993-cü ildən itkin düşmüş sayılan Şahid Məmmədovlar ailəsinin ilk itkisi deyil.

Belə ki, həmin ildə oğlunun itkin düşməsi xəbərini alan Şahidin atası Sabir Məmmədov qardaşı və iki qohumu ilə birlikdə Ağdərəyə onu axtarmağa yollanmışdılar. Lakin 1993-cü ilin aprelində onların olduğu avtomobil Ağdərə ərazisində minaya düşüb. Nəticədə maşında olan dörd nəfər həyatını itirmişdi.

Mərhumlar Şəkinin Orta Zəyzid kəndində dəfn ediliblər. Şahid Məmmədov isə 31 il sonra, noyabrın 1-də, Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında torpağa tapşırılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru