İsrail Misirdən silah daşınması cəhdinin qarşısını alıb

1-11-2024, 09:04           
İsrail Misirdən silah daşınması cəhdinin qarşısını alıb
İsrail Müdafiə Qüvvələri Misir tərəfindən qaçaqmalçılıq yolu ilə silah daşınması cəhdinin qarşısını alıb.

Bu barədə TASS İsrail ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, oktyabrın 30-da hərbçilər Misir ərazisindən uçan pilotsuz təyyarə (PUA) aşkar ediblər. PUA vurulub. Hadisə yerinə gələn hərbçilər onun dörd tüfəng və bir tapançadan ibarət silah yükü daşıdığını müəyyən ediblər.

Müsadirə edilmiş silahlar araşdırmanın aparılması üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru