“Hizbullah” dəniz qüvvələrinin komandiri əsir götürüldü

4-11-2024, 08:24           
“Hizbullah” dəniz qüvvələrinin komandiri əsir götürüldü
İsrail ordusu “Hizbullah”ın dəniz qüvvələrinin komandiri İmad Amhazı ələ keçirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində israilli jurnalist Barak Ravid bildirib.

Jurnalistin sözlərinə görə, Amhaz hərəkatın dəniz əməliyyatları haqqında məlumat əldə etmək üçün Şimali Livanda gecə əməliyyatı zamanı İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən əsir götürülüb.

BILD yazır k , İsrail hərbçiləri sürətli qayıqlarla gəlib və ümumi dəniz sərhədindən 140 kilometr şimalda Livana eniblər. “Hizbullah”ın yüksək rütbəli üzvünün həbsi İsrail tərəfindən təsdiqlənib.

Bundan əvvəl İsrail ordusu Livanın cənubundakı radikal “Hizbullah” qruplaşmasının iki səhra komandirinin ləğv edildiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru