Yaponiya leysan yağışları səbəbilə 200 min insanı evakuasiya etməyə çağırıb
4-11-2024, 16:14
Şənbə günü Yaponiyanın qərbində 200 minə yaxın insan evakuasiya etməyə çağırılıb. Belə ki, rəsmilər ölkədə baş verən tropik qasırğadan sonra torpaq sürüşmələri və daşqınlar barədə xəbərdarlıq edib.
Yaponiyanın Metereologiya Agentliyi bildirib ki, “isti, nəmli hava...Yaponiyanın qərbində tufanlarla birlində güclü yağışa səbəb olub” və bunun səbəbi qismən olaraq Konq-reydir ki, onun gücü tayfundan ekstratropik siklona endirilib.
Matsuyama şəhəri “yüksək səviyyəli xəbərdarlıq edərək, 10 rayonundakı 189,552 sakini evakuasiya etməyə və dərhal təhlükəsizliyi təmin etməyə” çağırıb. Bu barədə şəhər rəsmisi AFP-yə bildirib.
Evakuasiya məcburi olmasa da, Yaponiyada ən yüksək səviyyəli xəbərdarlıq adətən hansısa fəlakətin baş vermə ehtimalı yüksək olduqda verilir.
Sinoptiklər xəbərdarlıq edib ki, torpaq sürüşmələri və daşqınlar şənbə günü Yaponiyanın qərbində, bazar günü isə ölkənin şərqinə təsir göstərə bilər.
Yağış səbəbilə Tokio ilə cənubdakı Fukuoka regionu arasında Şinkasen sürətli qatar xidməti müvəqqəti olaraq dayandırılıb, daha sonra isə gecikmiş cədvəl üzrə davam edib.
Konq-rey cümə axşamı Tayvanı vurub. Bu, adanı son onillərdə vuran ən böyük fırtınalardan biridir.
Milli Yanğın Agentliyinin məlumatına görə, qasırğa səbəbilə ən azı üç nəfər ölüb, 690 insan xəsarət alıb. Agentlik şənbə günü ölənlərin arasında bir miqrant işçinin olduğunu bildirib.
Qasırğa nəticəsində 957,061 evdə elektrik kəsilib. ŞƏnbə gününə olan məlumata görə, onlardan 27,781-nin elektrikyi şənbə günü bərpa olmamışdı.
Alimlər deyir ki, insanın səbəb olduğu iqlim dəyişikliyi leysan yağışlarının yaratdığı riski artırır, çünki daha isti atmosfer daha çox su tutur.